“Ədəbiyyat və incəsənət” portalı “Son dərəcə vacib” rubrikasında növbəti yazını sizlərə təqdim edir. Bu dəfə mövzumuz torpaqlarımıza göz dikən xain qonşularımız barədədir. Mənbə yazıçı Adəm İsmayıl Bakuvinin “Yalanın 17 anı” romanıdır.
“1828-ci ildə məşhur "Türkmənçay" müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları da olmayacaqdı. Təkcə son onillikdə - 60-70-ci illərdə Vətənimiz Ermənistana iki yüz mindən çox erməni köçmüşdür”.
Zori Balayan. "Ocaq" kitabından.
“1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 faizi azərbaycanlı olmuşdur”.
Erməni alimi Zaven Korkodyan. "Sovet Ermənistanının əhalisi. 1831-1931" adlı kitabından.
“ Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır”.
B. İşxanyan. "Qafqaz xalqları" kitabından.
“Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər”.
A.Lalayan. "İnqlabi Şərq" jurnalından.
“Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar".
Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvillin "İnsanlar belədir. 1918-1922-ci illər. Azərbaycan hadisələri bir erməninin xatirələrində" kitabından.
“Erməni hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum olması, heç zaman heç nə ilə əlaqəsi olmayan Yerevanla bağlanması deməkdir. Erməni kəndliləri təsadüfi deyil ki, beşinci qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar”.
Anastas Mikoyanın Leninə yazdığı məktubundan.
“Türklərlə ermənilər arasındakı ziddiyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır”. L.Z.Sürməliyan. "Xanımlar və cənablar, müraciətim sizədir" kitabından.
“Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ermənilərin səpələndiyi coğrafi termin olub güclü dövlətlərin - assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqolların, rusların öz mübahisələrini həll etdikləri yer olmuşdur”.
P. Kerop Patkanov. “Van yazıları və onların Ön Asiyanın tarixi üçün əhəmiyyəti” kitabından.
Ermənistan tarixi tam olaraq saxtalaşdırılıb, Osmanlı İmperiyasında ermənilərə misilsiz divan tutulması ağ yalandır, ermənilərin Yer kürəsinin ən qədim xalqı olması, onların fantastik qədimliyi tarixinin təkzib edilməsi deməkdir. Türklər və ermənilər 400 il ərzində bir ailənin, Osmanlı imperiyası adlı bir dövlətin üzvü olublar. Erməniləri Osmanlı imperiyasında sədaqətli xalq adlandırıblar, bizim xalq uzun müddət bu adı qoruyub saxlayıb. Lakin 19-cu əsrin ortalarında hər şey dəyişib. Onda ki, bizim həyatımıza sürətlə britaniyalılar və avropalılar giriblər. Bu insanlar arxeoloji ekspedisiyalar adı altında öz desantlarını yerləşdirərək Osmanlı ərazisində çoxlu tarixi saxtakarlıqlar yaratmağa başlayıblar. Bu saxtakarlıqlar arasında qədim erməni dövləti mifi də olub. Masonlardan, müxalif ziyalılardan, xüsusən də daşnaklardan ibarət olan bir hissə erməni bu saxtakarlığı reallıq kimi qəbul edib, qərar verib, öz qarşısına məqsəd qoyub ki, Osmanlı imperiyasından ayrılıb avropalıların təxəyyülü olan Böyük Ermənistanı realda yaratsınlar. Nəticə isə acınacaqlı alınıb, türk xalqı ilə düşmənçilik, doğma torpaqlardan qovulma, tam izolyasiya içərisində yaşama. Bu gün türklər və ermənilər müxtəlif ölkələrdə yaşayırlar, ünsiyyətləri sıfıra enib, nə qohumluq, nə mənəvi, nə mədəni, nə iqtisadi əlaqələr var, hamısı darmadağın olunub. Biz ermənilər hələ də britan nağıllarına inanır, onları öyrənib tirajlayır, təbliğ edirik. Hər yerdə öz fantastik keçmişimizdən danışırıq. Bu zaman həqiqi tarixi də təhrif edirik. Mən bizim bəlamızı obrazlı şəkildə həmişə belə ifadə edirəm: Biz ermənilər, bütün xalq birlikdə virtual reallıqda məskunlaşmışıq. Və mən tam məsuliyyətlə deyirəm ki, məhz avropalılar tərəfindən 20-ci əsrin ortalarında “genosid” sözü kəşf edilib. Onlar bu sözü beynəlxalq hüququn termini etməklə Birinci Dünya Müharibəsinin Osmanlı İmperiyası ərazilərindəki hadisələrini “genosid” anlamının içinə soxuşdurmuşlar. Ermənilər də bu halvadan istifadə edərək Türkiyədən kosmik təzminatlar və nəhəng ərazilər tələb etmişlər. Ardınca isə avropalılar erməni genosidini tanımaq prosesini ortaya salaraq hər dəfə yeni-yenu dövlətləri bu saxta və kədərli prosesə şərik çıxarmışlar. Beləliklə, avropalılar türklərə olan düşmənçiliklərində ermənilərdən sadəcə bir vasitə kimi istifadə etmişlər həmişə. Mən bütün erməniləri bilirsiniz nəyə çağırıram? Qoy onlar yalnız özlərini dinləməyi tərgitsinlər, digər tərəfi dinləməyə başlasınlar. Bizim bütün problemlərimizin kökündə bax bu saxta tarix dayanır. Erməni xalqının əsas düşməni bu saxta tarixdir ki, başlıca məqsəd də ona qalib gəlməkdir. Erməni ideoloqlarının sayəsində 20-ci əsrin əvvəllərində Osmanlı imperiyasının barlı-bərəkətli torpaqlarında şad-xürrəm yaşayan zavallı ermənilər Suriyanın nəfəs qarsayan çöllərinə sürgün edilərək bütün gözəlliklərdən məhrum oldular. Bu gün isə xalqımız Qarabağ işğalının əsiridir, biz yad torpaqları tutub yalançı vətənpərvərlik şüarları altında iqtisadi böhrana, sosial dözülməzliyə, xaos və anarxiayaya yuvarlanmış bir dövlətdə yaşamalı olmuşuq, on minlərlə erməni ölkəni atıb gedir, yad ellərdə bir tikə çörək axtarışına çıxıb.
Filipp Vartanoviç Ekozyantsın You Tube kanalında yayımlanan “Türklər – ermənilər. Problemin mahiyyəti” adlanan videomüraciətindən.
\