Gəncədə “Qarabağ süitası”

 

Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin və Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə "Şuşa ili"nə həsr olunmuş "Qarabağ süitası" adlı musiqili ədəbi-bədii kompozisiya təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Əmirov adina Gəncə Dövlət Filarmoniyasında təşkil olunan tədbir Gəncə şəhər Uşaq  İncəsənət Məktəbinin rəsm sərgisinin nümayişi ilə başladı. Azərbaycanın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Aparıcı Günay Məmmədova  Azərbaycan Respublikasının Prezidentinin "Şuşa ili" haqqında sərəncamını diqqətə çatdırdı və qeyd etdi ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi ilə bütün mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir.

Sonra "Qarabağ süitası" kompozisiyası təqdim olunmuşdur.

Tədbirdə Əməkdar Mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradovun "Gözün aydın Qarabağım" poemasından nümunələr səsləndirilmişdir. Konsert proqramında Uşaq İncəsənət Məktəbinin "Gəncə gönçələri" mahnı və rəqs ansamblı (bədii rəhbər Məsud Kərimov, xoreoqraf Xaliq Əliyev), "Xəmsə" nağaraçalanlar ansamblı (bədii rəhbər Söhrab Ibrahimov), Samux rayon Qarayeri Uşaq Musiqi Məktəbinin "Simayi Şəms" ansamblı (bədii rəhbər Nail Bağırov), hər iki məktəbin xor kollektivləri, xanəndələri, vokalçıları biri-birindən maraqlı musiqi ifalarını təqdim etmişlər. Tədbirin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bütün təşkilatçılara və iştirakçılara öz minnətdarlığını bildirdi.

Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin rəsm müəllimi, xeyriyyətçi heykəltəraş Qasım Qasımov "Azad Şuşa" adlı əl işini Regional idarəyə hədiyyə etmişdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.