Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKSOY arasında danışıqlar aparılıb

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva TÜRKSOY-un yeni seçilmiş Baş katibi Sultan Rayevlə görüşüb.

 

Fonddan bildirilib ki, görüşdə iki qardaş təşkilat arasında mövcud tərəfdaşlığın daha da genişlənməsi və türk dünyasının zəngin mədəniyyətinin, tarixinin, irsinin təbliği yönündə birgə addımların atılması mövzusunda danışıqlar aparılıb. 

Görüşdə TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyəti nəzərə alınaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKSOY-un birgə əməkdaşlığı çərçivəsində keçirilə biləcək mədəni tədbirlər barədə müzakirələr edilib.

Beynəlxalq Türk Əməkdaşlıq Təşkilatların rəhbərləri türk xalqlarının qədim maddi-mədəni dəyərlərinin bütün dünyada genişmiqyaslı tanıdılmasının vacibliyindən söz açaraq, bu istiqamətdə görülə biləcək işlərlə bağlı fikir mübadiləsi aparıblar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.