“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sözügedən reportajda qeyd edilib ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.
Üç gün davam edən festivala dünyanın üç qitəsinin – Asiya, Afrika və Avropanın on ölkəsindən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın regionlarından folklor kollektivləri qatılıb.
Süjetdə festivalın Şuşada keçirilməsi xüsusi vurğulanaraq Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı olması ilə yanaşı təbiətinin gözəllikləri , sıldırım qayaları , Cıdır düzünün gözəlliyi qeyd edilir. Reportajda həmçinin Şuşanın əsrarəngiz gözəlliyi fonunda festivalın rəngarəngliyi və multikultural Azərbaycanın mədəni müxtəlifliyi haqqında söz açılır.
Verilişi aşağıda qeyd olunan link vasitəsilə ilə izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=zYZmbn89UB8