Nazir Anar Kərimov Amerikaya rəsmi səfəri çərçivəsində Hüseyn Cavidin barelyefinin açılışında iştirak edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, barelyef Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
Böyük mütəfəkkirin barelyefinin təqdimatı Amerika-Azərbaycan Ticarət Palatasının binasında baş tutub.
Mədəniyyət naziri daha Sonora Vaşinqton Tekstil Muzeyinə də baş çəkib. Eksponatlarla tanışlıq zamanı direktor koməkçisi Ana Kiss A. Kərimova muzeyin fondunda qorunan Azərbaycan dövlətininin hədiyyə etdiyi xalça və tekstil nümunələri haqda da məlumat verib. Həmçinin nazirlik tərəfindən muzeyin fonduna Şirvan xalçası nümunəsi təqdim olunub.
***
Anar Kərimov “Xarıbülbülün səsi” adlı xeyriyyə konsertində iştirak edib. Konsertin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Amerika-Azərbaycan Ticarət Palatası, ABŞ-ın Marşal İrsi İnstitutu ( The Marshall Legacy İnstitute) və ölkəmizin ABŞ-dakı səfirliyidir.
Konsertdə azərbaycanlı musqiçilərin ifasında bir sıra rəngarəng əsərlər səslənib.
Xatırladaq ki, tədbirdən əldə olunan maddi vəsait Qarabağ ərazisində minaaxtaran itlərin təlimləndirilməsi üçün ABŞ-ın Marşal İrsi İnstitutunun hesabına köçürüləcək.