“Prezident İlham Əliyevin Kino Agentliyinin yaradılması haqqında Fərmanı kinosevərlər üçün çox xoş və möhtəşəm xəbər oldu.” - Bu sözləri mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev söyləyib.
O deyib: “Biz ötən ildən bu prosesə cəlb olunmuşuq. Mədəniyyət Nazirliyi bu sahədə böyük və ciddi bir islahat aparır. Kino sənayesi islahat prosesinin əsas prioritetlərindən biridir. Yaradıcılıq sahələri arasında kino ən gəlirlisi hesab olunur. “Azərbaycanfilm” kinostudiyasının böyük ənənələri var və biz bununla fəxr edirik. Məqsədimiz Azərbaycanda kinematoqrafiyanı bir sənaye kimi inkişaf etdirmək və ölkəmizdə kinematoqrafiyanın inkişafı sahəsində növbəti mərhələyə keçməkdir. Bunun təşkili üç istiqamətdə aparılır. Birincisi, hüquqi zəminin yaradılması, ikincisi, müvafiq infrastrukturun yaradılması və üçüncüsü, kinoya cəlb olunmuş kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır”.