“Young Lions Azerbaijan 2022” adlı reklam müsabiqəsinə qeydiyyat başlayıb

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Young Lions Azerbaijan 2022” müsabiqəsi keçirilir. Müsabiqənin qalibləri Fransanın Kann şəhərində baş tutacaq böyük finalda iştirak etmək hüququ əldə edəcəklər.

 

“Ədəbiyyat və incəsənə” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, reklam  istehsalçılarının ən nüfuzlu beynəlxalq festivalı 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində keçirilən “Cannes Lions” hesab olunur. Bu festivalın gənc reklam mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” adlı mərhələsi isə ikinci dəfə ölkəmizdə təşkil olunur. 1955-ci ildən bəri təşkil olunan bu müsabiqədə 30 yaşadək (24 iyun, 1990 təvəllüd və ya daha sonra doğulanlar) yaradıcı şəxslər ikili komanda şəklində iştirak edə bilərlər. “Young Lions Azerbaijan 2022” yarışmasında “çap” və “videoçarx” kateqoriyaları üzrə müsabiqə keçiriləcəkdir.

Müsabiqədə qeydiyyatdan keçən iştirakçıların növbəti mərhələdə müsabiqə təşkilatçıları tərəfindən göndəriləcək təlimata əsasən “çap” kateqoriyası üçün 24 saat, “videoçarx” üçün isə 72 saat ərzində yaradıcı məhsul hazırlamaları tələb olunur. Göndəriləcək işlər beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndiriləcək, hər kateqoriya üzrə bir komanda olmaqla ümumilikdə 2 qalib komanda müəyyənləşdiriləcəkdir. Müsabiqənin əsas mükafatı hər kateqoriya üçün iki nəfərdən ibarət komandanın "Young Lions Competitions 2022" finalında iştirak etmək hüququ olacaq.

Son müraciət tarixi: 13 aprel 2022.

Müsabiqədə qeydiyyatdan keçmək və daha ətraflı məlumat almaq üçün www.canneslions.az saytına daxil ola bilərsiniz.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.