Türkiyədə səfərdə olan Mədəniyyət naziri Anar Kərimov Bursa Böyükşəhər Bələdiyyə başçısı ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtında səfərdə olmaqdan məmnunluğunu bildirən nazir yüksək səviyyədə təşkil olunmuş tədbir və mərasimlərdə iştirak etməyin əhəmiyyətini xüsusi vurğulayıb. Qardaş ölkənin əsrarəngiz təbiətə, zəngin mədəni infrastruktura malik şəhərinin gözəlliyini dilə gətirib. Həmçinin “Bursa 2022” türk dünyasının mədəniyyət paytaxtına dair görüləcək işlər barədə müzakirələrin, qardaş ölkənin bu sahədə olan təcrübəsindən faydalanmağın əhəmiyyətindən danışıb.
Alinur Aktaş mədəniyyət nazirini səmimi salamladıqdan sonra Bursanın Azərbaycan şəhərlərindən biri ilə gələcəkdə qardaşlaşmasını ürəkdən arzuladığını və bu sahədə işlərin aparılması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
Görüş hər iki tərəfin maraq dairəsində olan məsələlərin müzakirəsi ilə davam edib.