Həm səfir, həm alim, həm yazar, həm Azərbaycan vətəndaşı olan başqırd Qaley Əliyeviç! Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət!

 

 

Filologiya elmləri doktoru Qaley Allahverdiyev 1950-ci ilin aprel ayının 29-da Başqırdıstan MSSR-in Çelyabinsk vilayətinin Uçalı rayonunun Kiçik Uçalı qəsəbəsində zəhmətkeş ailəsində anadan olmuşdur. 1976-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili tərcüməçiləri şöbəsini bitirmişdir. Taleyini də elə həmin vaxtdan Azərbaycanla bağlamışdır.

 

Uzun illər İraq, Suriya, Livan, BƏƏ və Liviyada ərəb dili tərcüməçisi, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Misir, Türkiyə, İndoneziya və Qətərdə müxtəlif diplomatik vəzifələrdə çalışmışdır, Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini daşımışdır.

 

Müxtəlif sahələri, o cümlədən elmi və siyasi sahələri əhatə edən 22 kitab və tərcümələrin müəllifidir. 20-dən artıq monoqrafiya və tərcümələrin müəllifidir. Altıcildlik "Heydər Əliyev və Şərq" monoqrafiyasının həmmüəllifidir. Əsərləri Azərbaycan, rus, ərəb, ingilis və fars dillərində nəşr olunmuşdur.

 

Kitabları:

 

1. Xətib Təbrizinin "Kitab əl-kafi fi-l-əruz va-l-qavafi" traktatı Şərq poetikasının bir məxəzi kimi. Rus dilində 

2. Xətib Təbrizinin "Şərh əl-Həmasə"si. 

3. Nəsimi gəzən yerlər… 

4. Müstəqil Azərbaycanın lideri Heydər Əliyev. Ərəb dilində.

5. Azərbaycan bu gün. Ərəb dilində.

6. Erməni təcavüzü və Azərbaycan qaçqınlarının faciəsi. Dıktor Abdulla Əbdülhəmid İbrahim Səad ilə birlikdə. Ərəb dilində.

7. Heydər Əliyev və Şərq. l cild. Vəhdət Sultanzadə ilə birlikdə. 

8. Heydər Əliyev və Şərq. ll cild. Vəhdət Sultanzadə ilə birlikdə.

9. Heydər Əliyev və Şərq. lll cild. Vəhdət Sultanzadə ilə birlikdə. 

10. Heydər Əliyev və Şərq. lV cild. Vəhdət Sultanzadə ilə birlikdə.

 

Ailəlidir, 3 övladı var.

Biz həm səfir, həm alim, həm yazar, həm Azərbaycan vətəndaşı olan başqırd Qaley Əliyeviçi 75 illik yubileyi münasibətilə təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.