Görkəmli alim, yazıçı, ictimai xadim – BU GÜN MİR CƏLALIN DOĞUM GÜNÜDÜR Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əlbəttə ki, Azərbaycan ədəbiyyat tarixində yaşamaq haqqını Mir Cəlal Paşayevə elə tək bir romanı da bəs edər. Bu roman hamıya tanış olan, hamının sevə-sevə oxuduğu “Bir gəncin manifesti” romanıdır.

 

Mir Cəlal Paşayev 26 aprel 1908-ci il tarixində Cənubi Azərbaycanın Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir.  1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir. 

 

1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır.

Daha sonra Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil almışdır. 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur, — "Kommunist", "Gənc işçi" qəzetlərində işləmişdir. İlk kitabı "Sağlam yollarda" bu dönəmdə çapdan çıxmışdır.

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş, sonradan Azərbaycan ədəbiyyatına ən yaxşı müharibə mövzulu hekayələr bəxş etmişdir.

Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmişdir. "Füzulinin poetikası" mövzusunda namizədlik dissertasiyası, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

 

Kitabları:

- Sağlam yollarda: oçerklər

- Boy (novellalar və oçerklər)

- Dirilən adam

- Bostan oğrusu

- Axundun iştəhası

- Gözünaydın

- Füzulinin poetik xüsusiyyətləri

- Bir gəncin manifesti. 

 

Mükafatları 

1. "Qafqazın müdafiəsinə görə" medal

2. "Əmək igidliyinə görə" medalı 

3. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı 

4. "Şərəf nişanı" ordeni 1954, 1958

5. "Qabaqcıl maarif xadimi" nişanı

6. "Qırmızı əmək bayrağı" ordeni 

7. Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1968

8. "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1969

9. "Oktyabr inqilabı" ordeni 

10. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (2 dəfə)

 

Xatirəsinin əbədiləşdirilməsi

- Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəb

- "Mir Cəlal Paşayev" gəmisi 

- Gəncə şəhər Mir Cəlal Paşayev Muzeyi. 

- Bakıda İçərişəhərdə "Ədibin evi" ev-muzeyi

- Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi

- Gəncədə Mir Cəlal Paşayevin adını daşıyan küçə

-“Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Əli oğlu Paşayevin 100 illiyi”nə həsr olunmuş poçt markası.

 

Böyek ədib 1978-ci il sentyabrın 28-də, ömrünün 70-ci baharında dünyaya gözlərini qapamışdır, ikinci Fəxri Xiyabanda dəfn edilmişdir. 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.