Hüquqşünaslıqla yazarlığın birləşməsi - Rafiq Əliyevin doğum gününə Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün eyni zamanda 2 sahədə tanınan bir şəxsin – Rafiq Əliyevin doğum günüdür. Özü də bu sahələr elə də uyğunlaşmır: prokuror və şair. Amma o, bu uyğunlaşmanı müvəffəqiyyətlə isbatlaya bilmişdir.

 

Rafiq Əliyev 25 aprel 1964-cü ildə Yardımlı rayonunun Allar kəndində anadan olmuşdur. 1971-ci ildə həmin kənddə orta məktəbdə oxumağa başlamış, 1981-ci ildə orta təhsilini başa vurmuşdur.

1982–1984-cü illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 1986-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1993-cü ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbul olunmuş, bu orqanın müxtəlif sahələrində prokuror vəzifəsində çalışmış, ədliyyə müşaviri rütbəsinə qədər yüksəlmişdir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü olmuşdur. Assosiasiyanın təşkil etdiyi elmi kurslarda müvəqqəqiyyətlə iştirak etmiş, fəaliyyəti müsbət qiymətləndirilmişdir. 

O ki qaldı bədii yaradıcılığına, hər şeyi kitabları və aldığı mükafatlar deyir:

 

Kitabları:

1. Mən Tanrı yolçusuyam

2. Ruhum əbədiyyətim

3. Eşq qəlbin ruhudur

4. Əsgər ac qalmayacaq

5. "Seçilmiş əsərləri" şeirlər toplusu

6. İlahi nur

7. İrfan və eşq görüşləri

8. İrfani aşk 

9. Savalanla üz-üzə

 

Mükafatları

1. Atatürk Beynəlxalq mükafatı

2. Ustad sənətkar

3. "Araz" ədəbi mükafatı

4. Beynəlxalq Qızıl Ulduz medalı

5. Atatürk Beynəlxalq mükafatı

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.