Mədəniyyət naziri Bakıda növbəti dəfə bir qrup vətəndaşın müraciətini dinləyib Featured

 

Aprelin 9-da mədəniyyət naziri Adil Kərimli tərəfindən bir qrup vətəndaşın müraciətləri dinlənilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi  məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Mədəniyyət Nazirliyində keçirilən və nazirliyin məsul əməkdaşlarının iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri, əsasən, işlə təmin olunma, əməyin qiymətləndirilməsi, yaradıcılıqla bağlı layihəyə dəstək verilməsi və digər məsələlərlə bağlı olub.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlər araşdırılması və qanunvericiliyə uyğun tədbir görülməsi məqsədilə qeydiyyata alınıb. Bir sıra məsələlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.