Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova türk xalqlarını Ramazan bayramı münasibətilə təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik mətnində deyilir:
“Əziz dostlar!
Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bu mübarək bayramın ailələrinizə bolluq, bərəkət və xoşbəxtlik gətirməsini diləyirəm. Qoy dualarınız qəbul olunsun, qəlbiniz sevgi və mərhəmətlə dolsun.
Allah hər zaman sizə və sevdiklərinizə sağlamlıq və rifah nəsib etsin.
Ramazan bayramınız mübarək!”
“Ədəbiyyat və incəsənət”
(30.03.2025)