Mədəniyyət naziri Neftçala rayonunda vətəndaşların müraciətlərini dinləyib Featured

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir.

 

Mədəniyyət naziri Adil Kərimli martın 13-də Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

Məlumatda bildirilir ki, əvvəlcə nazir Adil Kərimli və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov müasir və müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

 

Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Neftçala, Salyan, Biləsuvar, Hacıqabul rayonları və Şirvan şəhərindən olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.

 

Vətəndaşların müraciətləri, əsasən, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı olub.

 

Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələnin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını qeyd edib.

 

Qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.