Adil Kərimli: Mədəni və yaradıcı sənayeyə diqqət günü-gündən artmaqdadır Featured

İqtisadiyyatı güclü olan ölkələrdə mədəni və yaradıcı sənayeyə diqqət günü-gündən artmaqdadır. Bu metodologiya ətrafında Azərbaycanda da müəyyən addımlar atılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Yaradıcı Azərbaycan” mədəni və yaradıcı sənayelərə dair xüsusi təqdimat zamanı çıxışında deyib.

Nazirin sözlərinə görə, Mədəniyyət Nazirliyi UNEC-lə birlikdə mədəni və yaradıcı sənaye sahələrini təsnifatlaşdırıb və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.