Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Özümü dərk edəndən Qarabağ məsələsi ilə, məcburi köçkün olduğumuza görə, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı xəbərləri izləməyə çalışmışam. Hər zaman məni düşündürən bir məsələ olub ki, ermənilər bizi özünə düşmən bilir və iki əsrdir ki, bizə qarşı dəfələrlə soyqırımı aktı həyata keçiriblər. Ancaq bunu edənlərin əksəriyyətinin soyadında türk mənşəli sözlər var.
Məsələn: Babayan, Dəmirçiyan, Köçəriyan və s. Erməni soyadları, onların etnik kimliyi, tarixi mənşəyi və sosial-mədəni inkişaf prosesləri barədə mühüm məlumatlar əldə etmək üçün axtarış edəndə bir kitabla tanış oldum. Əziz Ələkbərli və Elbrus Qaraqoyunlunun "Türkmənşəli erməni soyadları" adlı kitabında təqdim olunan materiallar erməni toplumunun formalaşması və onların türklərlə əlaqələri barədə geniş və dərin araşdırmaları ehtiva edir. Kitabda erməni soyadlarının tərkibi araşdırılaraq, onların əsasən türkmənşəli olduğu elmi əsaslarla sübut edilir. Ermənilərin tarixi kimliyi və soyadlarınınmənşəyi onlarınmüxtəlif xalqlarla sıx əlaqədə olmasını sübut edir. Onların etnogenezi məsələsi tarixçilər arasında uzun illərdir müzakirə mövzusudur. Ermənilər özlərini "hay" adlandırsa da, onların kökləri müxtəlif etnik qrupların qarışığından yaranıb. Ənənəvi soyad sistemləri də bu qarışıq mənşəni əks etdirir.
Kitabda vurğulanır ki, Qafqazda və Yaxın Şərqdə tarixən yaşamış türk etnosları erməni toplumunun formalaşmasında mühüm rol oynayıb. Bir çox soyadlar türkmənşəli olub, zamanla fonetik dəyişikliklərə uğrayaraq erməniləşmiş formalar alıb. Araşdırmaya əsasən, erməni soyadları əsasən aşağıdakı qruplara bölünür:
1. Yer-yurd adlarından düzəlmiş soyadlar: Bu soyadlar, adətən, müəyyən bir bölgə ilə əlaqəli olur. Məsələn, Şuşanyan, Misiryan, Stambolçyan kimi soyadlar həmin şəxslərin və ya əcdadlarının müəyyən bir coğrafi məkandan gəldiyini göstərir.
2. Rütbə və mənsəb bildirən soyadlar: Qədim türklərdə geniş yayılmış ağa, şah kimi titullardan yaranan Ağayan, Ağabekyan, Şahyan, Şahnazaryan kimi soyadlar yüksək rütbəli şəxslərə aid olurdu.
3. Sifət və titul bildirən mürəkkəb soyadlar: Buraya Qarabekyan, Sarıbekyan, Qaraxanyan kimi soyadlar daxildir ki, bu da şəxsin xarakterik xüsusiyyətlərini və ya titulunu ifadə edir.
4. Heyvan və bitki adlarından düzəlmiş soyadlar: Türklərdə qədimdən yayılmış sözlərdən düzəlmiş Quzubekyan, Gülbekyan kimi soyadlar bu kateqoriyaya daxildir.
5. Ərəb və fars mənşəli isimlərdən yaranmış soyadlar: Türklərin vasitəsilə ermənilərə keçmiş Amiryan, Mirzoyan, Muradyan, Acemyan kimi soyadlar bu qrupa daxildir.
6. Peşə və sənət bildirən soyadlar: Türkmənşəli Dəmirçyan, Papaxçyan, Qırçyan kimi soyadlar konkret sənət və peşələrə işarə edir.
7. Məlik titulu ilə başlayan soyadlar: Zəngəzur-Qarabağ bölgəsindən olan Melik-Yeqanov, Melik-Şahnazaryan kimi soyadlar qədim alban-türk zadəganlarına məxsus olmuşdur.
8. Material adlarından düzəlmiş soyadlar: Dəmiryan, Daşyan, Altunyan, Gümüşyan kimi soyadlar müxtəlif metallar və materiallarla bağlıdır.
9. Dini adlardan düzəlmiş soyadlar: Allahverdyan, Tarverdyan, Mikaelyan, Davidyan, Musaelyan kimi soyadlar ilahi isimlərdən törəmişdir.
10. Türk etnoslarının adlarından düzəlmiş soyadlar: Arşakyan, Xalacyan, Avşaryan kimi soyadlar birbaşa türk tayfa adlarından götürülmüşdür.
Araşdırmalar göstərir ki, erməni soyadlarının böyük bir hissəsi türkmənşəli olub, uzun illər ərzində ermənilər tərəfindən qəbul edilib. Bu soyadlar təkcə fərdi identifikasiya vasitəsi deyil, eyni zamanda ermənilərin etnik və tarixi keçmişinin izlərini daşıyan mühüm elementlərdir.
Bu tədqiqatın nəticələri onu göstərir ki, tarixi reallıqları düzgün anlamaq üçün erməni etnogenezi və onların soyad sistemini diqqətlə öyrənmək lazımdır. Soyadlar yalnız adlar toplusu deyil, həm də xalqların keçmişinə işıq salan bir vasitədir.
Şəkildə: İndi çox yəqin ki, cəhənnəmdə qovrulan bu ən mənfur erməni, türkün qatı düşməni olmuş Zori Balayan da türk mənşəli soyadı daşıyırdı.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)