İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Elə bircə kitab adı çəkim – “Qaçaq Kərəm”. Təbii ki, mütaliəli hər kəs başa düşdü ki, söhbət Fərman Eyvazlıdan gedir.
Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Qazax rayonunda anadan olub. 1956-cı ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunu olub.
Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır.
1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır.
1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azərbaycan Jurnalistlər Birliyində şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur.
Kitabları:
1. Mən niyə qayıtmadım
2. Qaçaq Kərəm
Tərcümə kitabları:
1. N.Nosov. Yamaq
2. Y.Fuçik, B.Silovo. Radistin qutusundan üç Hərf
3. Fateh Niyazi. Üçüncü qız
4. J.Amadu. Su Kinkasın Qeyri-adi alümü
5. Yapon xalq nağıllar
6. B.Rjevski. Heyvanat parkları şahının səhvi
7. Yuqoslaviya hekayələri
8. Ostan Vişnya. Məhşər Günü
9. Vasil Bolşak. Köhnə Azar
26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)