Bu gün Braziliyada Embraer 190-ın qara qutusunun deşifrəsinə başlanılıb Featured

4 yanvar, 2025-ci il - Bu gün Braziliyada ötən il dekabrın 25-də Aktauda qəzaya uğramış Azərbaycana məxsus Embraer 190 təyyarəsinin qara qutusunun deşifrəsinə başlanılıb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Braziliya Hərbi Hava Qüvvələrinə istinadən xəbər yayan Euronews-dan məlumat götürüb.

 

Braziliyanın Hərbi Hava Qüvvələrinin Avia Qəzaların Araşdırılması Mərkəzinin  (CANİPA) mütəxəssiləri xəbər verirlər ki, dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğramış Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin qara qutusunun deşifrəsini 4 yanvar tarixindən etibarən mütəxəssislər qrupu həyata keçirir.

Təyyarənin istehsalçısı olan Braziliya mütəxəssisləri ilə yanaşı deşifrə prosesinə 3 ölkənin – Qazaxıstan, Azərbaycan və Rusiyanın mütəxəssiləri də qatılıblar.

Məlumatda deyilir ki, “qara qutudan” götürülən analiz – pilotların səsi və bütün uçuş boyu təyyarənin vəziyyəti barədə məlumatlar qısa müddətdə tam əldə ediləcək.

Analizin nəticələri barədə məlumatlar Mülki Aviasiya Konvensiyasına əsaslanaraq qəzanın baş verdiyi ölkəyə– Qazaxıstana veriləcək.

 

Foto: Gavin Blackburn, AP

 

“Ədəbiyyat və incəsənət”

(04.01.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.