Mədəniyyət naziri Türkiyənin “Daily Sabah” qəzetinə müsahibə verib

 

Mədəniyyət naziri Anar Kərimov Türkiyənin “Daily Sabah” qəzetinə müsahibə verib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, müsahibəsində nazir mədəniyyət sahəsində gerçəkləşdirilən bir sıra mühüm layihə və yeniliklərdən bəhs edib.

 

A. Kərimov tarixi ərazimiz Qarabağın işğaldan azad olunmasından sonra tarixi abidələrin bərpa işləri barədə də danışıb.

Prezident İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsinin əhəmiyyətini xüsusi vurğulayan A. Kərimov mədəniyyət nazirliyinin üzərinə düşən şərəfli və vacib öhdəliklərdən söz açıb. 

Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşanın həmçinin səfalı iqlimi, füsunkar təbiəti ilə də tanındığını qeyd edib. Bu il 270 yaşını qeyd edən qədim və gözəl Şuşanın tarixi keçmişi haqda geniş məlumat verib.

Nazir həmçinin həm 44 günlük Vətən müharibəsi, həm də tarixi Zəfərimizdən sonra qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin önəmindən danışıb. Azərbaycan və Türkiyə dövlət başçılarının Şuşa şəhərində imzaladıqları bəyannamənin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində əvəzsiz tövhə olduğunu bildirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.