“2022-ci ilin “Şuşa İli” elan olunması mühüm hadisədir.”

 

“Şuşanın bütün mənalarda çox böyük rəmzi əhəmiyyəti var. Şuşa şairləri, bəstəkarları, sənət adamları ilə Azərbaycanın mədəniyyətini təmsil edir. 2022-ci ilin “Şuşa İli” elan olunması mühüm hadisədir.”

 

Bu fikirləri AzərTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı-publisist Yaqub Öməroğlu ifadə edib.

Hazırda Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyət göstərən qurumun 2009-cu ildə Naxçıvanda təsis edilməsini və uğurlu inkişaf yolu keçdiyini diqqətə çatdıran Yaqub Öməroğlu bu prosesin davamı olaraq 2021-ci il iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini şərh edərək deyib: “Ümid edirik ki, Şuşa gələn il türk dünyasının mədəniyyət paytaxtı seçiləcək. Bütün türk dünyası Şuşanın gözəlliyini, Qarabağda yaşananları görəcək. Eyni zamanda, oradakı mədəniyyət və sənətlə bərabər, ermənilərin həyata keçirdiyi vandalizm aktlarının da şahidi olacaqlar”.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.