Noyabrın 29-dan dekabrın 8-dək Türkiyənin paytaxtı Ankarada növbəti ənənəvi 21-ci Ankara Kitab Sərgi-Yarmarkası keçiriləcək. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi sərgidə Azərbaycan milli stendini təşkil edəcək.
“Ədəbiyyat və incəsənət” portalı Nazirliyə istinadən xəbər verir ki, bu il sərginin Təşkilat Komitəsi “Qonaq ölkə” olaraq Azərbaycanı seçib.
Beynəlxalq kitab sərgi-yarmarkasına ümumilikdə 500 mindən artıq ziyarətçinin gələcəyi gözlənilir.
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)