Cabah Mixaylonun anım günüdür

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Sovet uşaqlarının adını iftixarla çəkdiyi azərbaycanlılardan biri də Mehdi Hüseynzadə olub. "Mixaylo" ləqəbi ilə tanınan Mehdi əslən Məhəmməd Əmin Rəsulzadənin doğulub boya-başa çatdığı Abşeronun Novxanlı kəndindən idi. 

 

22 dekabr 1918-ci ildə dünyaya gəlmişdi. 2 noyabr 1944-ci ildə ikinci dünya müharibəsində qəhrəmancasına həlak olaraq "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülmüşdü.

 

Noyabr ayının 2-si Mixaylonun anım günüdür. Sovetlər birliyi dağılsa da onun  qəhrəmanlıqları yaddaşlarda, haqqında çəkilən filmlərdə yaşayır...

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.