Bu gün Milli Xalça Muzeyində “Çiçəkli buta” əyləncəli proqramı təşkil olunacaq

Noyabrın 1-2-də Azərbaycan Milli Xalça Muzeyində məktəbəqədər uşaqlar və məktəblilər üçün ekologiya mövzusunda “Çiçəkli buta” əyləncəli proqramı təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir  ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində muzeyin Uşaq şöbəsi tərəfindən keçirilən tədbirdə müxtəlif ustad dərsləri təqdim ediləcək. Bunlara kətan üzərində “yaşıl dünya” rəsm kompozisiyası və qurama texnikasında kollaj, eko yumşaq oyuncaqların, plastik qablardan dibçəklərin, yun və pambıq saplardan qolbaqların hazırlanması, eko çantaların boyanması və s. aiddir.

Proqrama, həmçinin plastik qablardan hazırlanmış kuklaların iştirakı ilə “Məlikməmmədin nağılı” marionet teatr tamaşası və tematik ekskursiya daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.