Heç kim unudulmur, heç nə yaddan çıxmır!

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

24 Oktyabr şəhid Quliyev Rəvanın anım günü idi.

Quliyev Rəvan Mərdan oğlu 17.07.2001-ci ildə Şirvan şəhərində anadan olub. Əslən Neftçalalı olan Rəvan Quliyev 2007-ci ildə ailəsi ilə bərabər Bakı  şəhərinə köçüb. Ailədə iki qardaş olublar. Anası və özündan iki yaş kiçik qardaşıyla yaşayırdı. Rəvan 2007-ci ildə Bakı şəhər Səbayıl rayonunun 51saylı tam orta mektəbinin 1-ci sinfinə daxil olub. 6il orda təhsil aldıqdan sonra 2013cü ildə aila vəziyyəti ilə bağlı Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçmüş və orada orta məktəbin 7ci sinfinə getmişdir. 1il də orda oxuduqdan sonra yenidən Bakı şəhərinə köçmüşdür. 9cu sinfi Bakı şəhər Sabayıl rayonunun 51saylı məktəbində bitirmiş ve bərbərlik sənətinə  yiyələnmişdir. Özünün ən böyük arzusu məşhur futbolçu olmaq idi. 2020-ci il yanvar ayının 7-sində Neftçala rayon hərbi komissarlığından Ağcabədi rayonuna həqiqi hərbi xidmətinə getmişdir. 3ay orda xidmət etdikdən sonra Füzuli rayonunub N saylı hərbi hissəsində xidmətini davam etdirməyə başlamışdır. 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinə qatılmış və Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 24-ündə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 

25oktyabrda Neftçala rayon Astanlı kənd qəbirstanlığında dəfn olunmuşdur. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları, Bayraq ordeni ilə təltif edilmişdir.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.