Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına əsasən bu mövzuda iş fəaliyyətini davam etdirir.
Baş İdarədən bildirilib ki, kitabxananın İnformasiya-resurs şöbəsinin sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən Qarabağın tacı olan Şuşanın görkəmli və tanınmış şəxsiyyətləri haqqında videoçarx hazırlanıb.
Videoçarxda Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhərinin tanınmış şair və yazıçılarının foto və məlumatları təqdim edilib.