Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün günlərdən onun günüdür. Onun - sadə, səmimi, mehriban insanın - Adil Əliyevin.
Prezident İlham Əliyevin Sərəncamı ilə bir müddət əvvəl Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Buna kimi biz onu millət vəkili, parlamentin vitse spikeri kimi tanıyırdıq.
Əslində isə hər bir azərbaycanlı Adil Əliyevi “Mən millətimi sevirəm, az da olsa ona xidmət etməyi şərəf bilirəm” sözlərinin müəllifi, alovlu vətənpərvər kimi tanıyır. Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını, 2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub. Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini (2020) olub.
2024-cü ilin iyul ayından Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır.
9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Bəli, “bəzi cahil, işini düzgün bilməyən məmurlara və onların haqsızlıqlarına çox əsəbiləşirəm. Bir öhdəliyi öz üzərinə götürmüsənsə, heç olmasa layiqincə yerinə yetir” deyən Adil Əliyev hazırda məmur vəzifəsindədir və öz vəzifəsini şərəflə yerinə yetirir.
Sizi təbrik edirik, dəyərli Adil müəllim!
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)