Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu seçilib Featured

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yeni tərkibli Milli Məclisin ilk iclası keçirilib. Bu gün həm də Milli Məclisin bütün komitələrinə sədrlər seçilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət komitəsinə sədri Polad Bülbüloğlu seçilib. Dünyaşöhrətli müğənni, nazir, səfir indi də millət vəkili və komitə sədri yükünü çəkəcək. 

Digər təyinatları təqdim edirik:

– Arzu Nağıyev – Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri

– Zahid Oruc – İnsan hüquqları komitəsinin sədri

– Sadiq Qurbanov – Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədri

– Tahir Rzayev – Aqrar siyasət komitəsinin sədri

– Musa Quliyev – Əmək və sosial siyasət komitəsinin sədri

– Əhliman Əmiraslanov – Səhiyyə komitəsinin sədri

– Hicran Hüseynova – Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

– Şahin İsmayılov – Gənclər və idman komitəsi

– Fazil Mustafa – İctimai birliklər və dini qurumlar komitəsinin sədri

– Səməd Seyidov -Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri

– Azər Əmiraslanov – İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədri

– Əli Hüseynli – Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

– Anar İskəndərov – Elm və təhsil komitəsinin sədri

– Siyavuş Novruzov – Regional məsələlər komitəsinin sədri

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.