Gənclər Kitabxanasında antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qarabağ antiterror əməliyyatı” adlı virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan “Ədəbiyyat və incəsənət”ə verilən məlumata görə, virtual sərgidə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin başlanma səbəbi, döyüşlərin baş verdiyi ərazilər, aparılan sülhməramlı danışıqlar və onların nəticələri haqqında geniş məlumat verilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Qarabağda gedən döyüşlərdən, şanlı Zəfər tarixindən bəhs edən “Heydər Əliyev-İlham Əliyev. Azərbaycançılığın zəfər yolu”, “Qarabağ dastanı”, “Zəfər memuarları”, “Qarabağ ulu Vətənimiz”, “Zəfər yolu”, “Böyük qayıdış”, “Zəfər nəğməsi Şuşa” kimi 20-ə yaxın kitabın qısa annotasiyası təqdim edilir.

“Qarabağ antiterror əməliyyatı” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.