“Kəlağayı Festivalı'' keçiriləcək

Suraxanı Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə 24 sentyabr,  2024-cü ildə, ''Sazlı Sözlü Kəlağayı Günləri''- layihəsi çərçivəsində “Kəlağayı Festivalı'' keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisindən verilən məlumata görə, festival Suraxanı rayonu, Hövsan parkında keçiriləcək. 

Festivalın proqramı:

Saat 11: 00-dan 12:00 -yə qədər sərgi ilə tanışlıq olacaq. Saat 12:00 -da rəsmi açılış, sonra möhtəşəm konsert proqramı olacaq. Konsertdə dövlət qurumlarından nümayəndələr, KİV nümayəndələri, tanınmış müğənnilər, aşıqlar, şairlər iştirak edəcək. Elliklə el bayramı keçiriləcək. Sərgidə Şəkidən, İsmayıllıdan tanınmış kəlağayı ustalarının kəlağayılarının nümayişi və kəlağayıların satışı da təşkil ediləcək. 

Kəlağayımız 2014- cü ildə, Azərbaycan Respublikasının birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yuneskonun Qeyri Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilmişdi və beynəlxalq səviyyədə tanıdılmışdı. Bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, rayonların İcra Hakimiyyətlərinin dəstəyi ilə ''Sazlı Sözlü Kəlağayı  Günləri'' - layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir və ilin sonuna qədər də davam edəcək. Bakı şəhəri, Xətai rayonunda, Şuşa şəhərində, Gədəbəydə də “Kəlağayı Festivalı'' bu il keçirilib. Finalda isə ''26 Noyabr Azərbaycan Kəlağayısı Günü'' - günü olacaq. Dekabrda ilboyu keçirilən tədbirlərin hesabatını veriləcək. 

Təşkilatçılar hər kəsi 24 sentyabr,  2024-cü ildə keçirilən möhtəşəm '' Kəlağayı Festivalı''- na dəvət edir.

Giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.