“Buker”in qadın siması Featured

 

 

“Buker” ədəbiyyat mükafatının qısa siyahısı açıqlanıb.

APA “The Guardian“a istinadən xəbər verir ki, qısa siyahıda əsərləri yer alan altı yazıçıdan beşi qadındır.

Bildirilib ki, bu, mükafatın 55 illik tarixində bir ilkdir.

Belə ki, siyahıda aşağıdakı müəlliflərin adları qeyd olunub:

1. Percival Everett (“James”)

2. Samantha Harvey (“Orbital”)

3. Rachel Kushner (“Creation Lake”)

4. Anne Michaels (“Held”)

5. Yael van der Wouden (“The Safekeep”)

6. Charlotte Wood (“Stone Yard Devotional”)

Qısa siyahıya alınan kitabların çoxunda güclü tarixi elementlər var.

Qeyd edək ki, “Buker”in builki qalibi noyabrın 12-də elan olunacaq. Qalibə 50 000 funt sterlinq, qısa siyahıya düşən yazıçıların hər birinə isə 2500 funt sterlinq pul mükafatı veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.