Mədəniyyət Nazirliyi Azərbaycanı 37-ci Moskva Beynəlxalq Kitab Sərgisində təmsil edir Featured

Rusiyanın paytaxtında təşkil olunan 37-ci Moskva Beynəlxalq Kitab Sərgisi sentyabrın 4-dən öz işinə başlayıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur.

 

“Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sərgidə nazirliyinin nümayəndələri və uşaq yazıçısı Solmaz Amanova iştirak edirlər. Nazirliyin nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb. 

Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti və kitab sənəti barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir. 

Sərgi çərçivəsində sentyabrın 6-da yazıçı Solmaz Amanovanın “Kitab sənəti” müsabiqəsində 2 nominasiya üzrə ( Qran-Pri mükafatı və 1-ci yer) mükafatlandırma mərasimi keçiriləcək.

Belarus Respublikasının fəxri qonaq ölkə olduğu Moskva Beynəlxalq Kitab Sərgisi sentyabrın 8-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.