Bu gün Beynəlxalq Gənclər Günüdür Featured

Respublika Gənclər Kitabxanasında 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

 

Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.  Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Beynəlxalq Gənclər günü münasibəti ilə virtual kitab sərgisi hazırlanıb.

 

Kitabxanadan “Ədəbiyyat və incəsənət”ə verilən məlumata görə, virtual kitab sərgisində gənclər siyasətinə dair beynəlxalq və yerli təcrübəni özündə əks etdirən məlumatlar təqdim edilir. Belə ki, materialda beynəlxalq və Azərbaycan Gənclər Gününün yaranma tarixi, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurları haqqında məlumatlar əks olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində gənclər siyasətinə dair nəşr edilən “Azərbaycan gəncliyinin himəyədarı”, “İlham Əliyev və müasir Azərbaycan gənclərin gözü ilə”, “Gələcək gənclərindir”, “Azərbaycanda gənclər hərəkatı”, “Azərbaycanın gələcəyi etibarlı əllərdədir” “Qloballaşma və müasir gəncliyin tərbiyə problemləri” kimi 10-dan çox kitabın qısa annotasiyası, dövrü mətbuat nümunələri təqdim edilir.

Beynəlxalq Gənclər Günü ilə əlaqədar hazırlanan material kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/beynelxalq-gencler-gununuz-mubarek yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.