Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş virtual kitab sərgisi istifadəçilərə təqdim edilib

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, ictimai-siyasi xadim, publisist, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Rəsulzadənin zəngin ədəbi, ictimai-siyasi irsinə həsr olunan silsilə materiallar hazırlanır.

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Şərqdə ilk demokratik respublikanın qurulmasındadanılmaz xidmətləri olan Rəsulzadənin ədəbi yaradıcılıq nümunələri haqqında geniş məlumat verilir. Virtual sərgidə Rəsulzadənin müəllifi olduğu və haqqında qələmə alınan“Azərbaycan müstəqillik üçün mübarizə yolunda”, “Azərbaycan şairi Nizami”, “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında”,“Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri”, “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, “Əsrimizin Siyavuşu”, “İran yazıları”, “Son nəfəsədək Azərbaycan”, “Bakı vəAzərbaycan tarixinə dair əsərlər”, “Rəsulzadə xatirələri” kimi 30-a yaxın kitabın qısa annotasiyası təqdim edilir.   Materialda Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan, hürriyyət vəistiqlal haqqında söylədiyi fikirlər, səs yazıları da yer alır.

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/mehemmed-emin-resulzade yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.