QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - Qoşundaş abidələri Featured

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Qədim zamanlarda Zəngəzur mahalında Zülqədər adlıçox zəngin bir xan yaşayırdı. Onun min başdan çoxqoyun sürüsü, at ilxısı vardı. Xanın yeddi oğlu və birqızı vardı. Oğlanları at belində ox atar, ov edər, qılıncçalmaqda mahir idilər. Xanın qızı da qardaşlarındanigidlikdə geri qalmazdı. Gözəlliyi ilə ad çıxarmışdı. Xan çox lovğa və təkəbbürlü idi. Baxmayaraq ki, övladlarının qayğısına qalır, amma onları digərlərindənhəmişə üstün tutardı. Odur ki, gələcək kürəkəninin dəxan nəslindən olmasını arzu edirdi. 

Bu diyarda gözəl səsli, igid bir cavan da yaşarıdı. Gəncöz səsi ilə ovladığı heyvanları ram edirdi. O hər cürsənətkarlığı da bacarırdı. Tut ağacından qopuz düzəldibgözəl mahnılar ifa edirdi. Məlahətli, həzin musiqinieşidən quşlar uçmayıb onu dinləyərdilər. Şahtərəfindən keçirilən at çapma, ox atma, qılınc oynatmayarışlarında gənc də iştirak edir, çox vaxt birinciolurdu. Həmin vaxt şahın üzü dönür, əlləri ilə bu gənciboğmaq istəyirdi. Belə yarışların birində Cavidanqəsrdən ona tamaşa edən gözəl bir qız gördü, birkönüldən min könülə ona aşiq oldu. Qız da gəncinhisslərinə biganə qalmadı. O da dəmir qüssəli gəncisevdi. Ancaq sevgililər başa düşdülər ki, təkəbbürlüxan heç vaxt qızının zavallı bir aşiq ilə sevdasının baştutmasına razı olmayacaq. Odur ki, gənclər öz taleləriniseçmək üçün birlikdə qaçmağa qərar verdilər.

Aşiqlər bir dağın ətəyinə çatdılar və burada qaldılar. Gənc gümüş gölün sahilində daxma tikdi. Yemək üçünbalıq tutdu və ov ovladı. Beləcə aşiqlər gözəl təbiətinqoynunda xoşbəxt yaşamağa başladılar. O, sevgilisiüçün hər gün qopuzda mahnılar çalıb, təbiətin onlarabəxş etdiyi bu gözəl mənzərədən həzz alır, xoş ömürsürürdülər. Unanırdılar ki, artıq xoşbəxtlik onlarladır. 

Xan qızının bir kasıb gənclə qaçdığını biləndə çoxhirsləndi. Oğullarını çağırdı. Onların hər birinə birdəstə döyüşçü verdi ki, qaçanları tapana qədəraxtarsınlar. O, gəncin öldürülməsini, qızının isəlayiqincə cəzalandırılması üçün evə qayıtmasını əmretdi.

Qardaşlar qaçanları axtarmaq üçün bütün çöllərigəzdilər. Nəhayət, dəstələrdən biri aşiqlərin yaşadığıyerə çatdı. Qaçanların üzərinə oxatanlar ox yağışıyağdırdı. Döyüşçülərin atdığı oxlardan biri gəncinsinəsinə sapıldı və ürəyini deşdi. Gənc gölə düşdü vətəmiz su onun qanına bulaşdı.

Sevgilisinin öldüyünü görən qız onsuz yaşayabilməyəcəyini anladı və üzünü Tanrıya tutub yalvardıki, onu təqib edənlərin əlinə düşməmək üçündöyüşçüləri daşa çevirsin. Allah hər şeyi gördü və qızarəhm etdi. Qoşun daş heykəllərə döndü. Xanın qızı isəgölün kənarında daşlaşmış bir qaya oldu. Bu qayasaçları dağılmış qıza bənzəyir. 

 

Qoşundaş abidəsi.  Zəngəzurun qədim tarixindən vəmədəniyyətindən xəbər verən dəyərli abidələrdən biridə Qoşundaş abidə-məzar kompleksidir. Qoşundaş  abidəsi eramızdan öncə ikinci  minilliyə  aid olub Qarakilsə rayonunda, köhnə Qarakilsə kəndi  ilə Qızılağac  kəndinin arasındakı yastı təpəlikdə yerləşir.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.