Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi uğurla davam edir

Könül, “Ədəbiyyat və incəsənət”

 

Heç kimə sirr deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu ilə hər bir qurum, hər bir şəxs öz töhfəsini verməkdədir. Eləcə də gənclərin sevimli məkanı olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası.

 

Kitabxananın direktoru Aslan Cəfərovdan aldığımız bilgiyə görə, kitabxanada  sərəncamdan irəli gələn məsələləri icra etmək məqsədilə “Təmiz planet-sağlam həyat” layihəsi həyata keçirilir. Sözügedən layihə çərçivəsində kitabxanada “Yaşıl dünya naminə – təmiz ətraf mühit, sağlam gələcək!” adlı metodiki vəsait və virtual kitab sərgisi hazırlanıb. Kitabxananın rəsmi saytında yerləşdirilən materiallar ətraf mühitin mühafizəsi və ”Yaşıl dünya naminə həmrəylik ili” mövzusu ilə əlaqədar ədəbiyyatın kitabxanalarda təbliği məqsədilə tərtib edilib.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda “Yaşıl dünya həmrəylik ili haqqında”ətraflı məlumat verilmiş, ölkədə bu sahədə həyatakeçirilən tədbirlər haqqında geniş məlumat, eləcə də yaşıl dünya və ətraf mühit ilə əlaqədarkitabxanalarda təşkil olunacaq tədbirlərə dair tövsiyələr, görkəmli şəxslərin ətraf mühitin mühafizəsinə dair dəyərli fikirləri öz əksini tapır.

Virtual kitab sərgisində “Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr”, “Azərbaycan təbiəti: dünən, bugün, sabah”, “Polimer və rezin tullantılarının təkrar emalı və istifadəsi”, “Bioloji müxtəliflik haqda populyar dildə”, “Şorlaşmış torpaqların meliorasiyası və ətraf mühit”, “Ekologiya və davamlı inkişaf” kimi iyirmidən çox kitabın qısa annotasiyası və dövrü mətbuat nümunələri yer almaqdadır.

“Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

Yaşıl dünya bizim dağlam gələcəyimizdir. Gələcəyi sağlam olmayan cəmiyyət isə heç vaxt tərəqqiyə gedə bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.