Mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinə dair infosessiyaya sözardı Featured

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi bu gün Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə elan olunmuş qrant müsabiqəsi ilə bağlı açıq infosessiya təşkil etdi. 

 

Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində keçirilən tədbirdə müsabiqə ilə maraqlanan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər, 

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov iştirak şərtləri, prioritet istiqamətlər və altmövzular barəsində danışdı. O, həmçinin layihə təklifi ilə bağlı qoyulan tələblərdən söhbət açdı. 

Nəyə diqqət etdim. R.Əzizov bildirdi ki, layihənin məqsədi yaradıcı sənayelərin inkişafıdır. 

O dedi: “Mədəni və yaradıcı sənayelərin inkişaf strategiyası 2022-2026-cı illər üçün nəzərdə tutulub. Yeni biznes subyektlərinin yaranması və hər il bu istiqamətdə 5 faiz artımın olması vacib məsələdir. Fikrimcə, ixrac sahəsi inkişaf etdirilməli və yaradıcı sənaye məhsullarının sayı artırılmalıdır. Layihə tərkibində müxtəlif mövzuları bir arada birləşdirmək mümkündür. Bu, tamamilə yaradıcılıqdan asılı olan durumdur. Qrant müsabiqənin prioritet istiqamətləri sırasında mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər, yerli animasiyanın dəstəklənməsi, kino sənayesinin institusionallaşdırılmasına dair layihələr yer alır.”

Bildiyimiz kimi, nazirlik kino industriyasının inkişafına yönəli ciddi siyasət aparır. Sözügedən müsabiqədə yenə də kino prioritet sayılır.

Təkrarən nəzər yetirək:

“Qrant müsabiqənin prioritet istiqamətləri sırasında mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər, yerli animasiyanın dəstəklənməsi, kino sənayesinin institusionallaşdırılmasına dair layihələr yer alır.”

Davam edək. 

Mədəniyyət Nazirliyindən əvvəllər qrant almış, lakin qrant müqaviləsinin yekunlaşmasına baxmayaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən qeyri-hökumət təşkilatları müsabiqədə iştirak edə bilməzlər. Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinə avqustun 2-dək müraciət etmək olar. Sənədlərin qəbulu grants.culture.az internet resursu üzərindən elektron formada reallaşır. 

Bunları da növbəti günlərdə detal-detal müzakirə edərik. 

Tədbir sual-cavab formatında davam etdi.

Ümumiyyətlə, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələr öz faydalarını dərhal verirlər. 

Nazirliyin qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə elan olunmuş qrant müsabiqəsinin də özünü doğruldacağına əminik.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.