Ümumdünya Yazıçılar Təşkilatının şərəfinə Mərakeş Krallığı Akademiyasında rəsmi ziyafət düzənlənib Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət” 

 

Ümumdünya Yazıçılar Təşkilatının (WOW) sədri Marqarita Alın Mərakeş Krallığına səfəri davam edir. Ötən gün xanım Alın və Nobel mükafatı laureatı Vay Soyinkanın şərəfinə Rabat şəhərində Mərakeş Krallığı Akademiyasında rəsmi qəbul düzənlənib. 

 

Rəsmi qəbul zamanı Marqarita Al Ümumdünya Yazıçılar Təşkilatının “Dünya ədəbiyyatının inkişafına verdiyi töhfəyə görə" qızıl medalını Vay Soyinkaya təqdim edib. Mərasim dahi yazıçının 90 illiyi münasibətilə baş tutub. 

Marqarita Al Rabatdan açdığı telefon zəngində hadisəni belə şərh edib: “Mərasimin sonuna qədər gözləmədən xəbəri bölüşürəm. Ancaq bu, artıq tarixdir. Ümumdünya Yazıçılar Təşkilatının tarixidir. Nobel mükafatçısı Vay Soyinkanı təltif etdik. Dahi yazarı 90 yaşı münasibətilə təbrik etmək əlbəttə ki, qürurvericidir.”

 

“Ədəbiyyat və incəsənət”

(10.07.0224)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.