Bu vacib xəbər İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında təşkilatın Baş direktoru Salim bin Məhəmməd Əl-Malik ilə Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov arasında keçirilmiş görüşdə səslənib.
Şuşa şəhərinin 2022-ci ildə İslam dünyasının Asiya regionu üzrə mədəniyyət paytaxtı elan olunması üzrə təşəbbüsü ISESCO irəli sürüb, Salim bin Məhəmməd Əl-Malik görüşdə qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat bu mühüm təşəbbüsün yüksək səviyyədə həyata keçirilməsi üçün lazım olan bütün tədbirləri görəcək. O, əlavə edib ki, Şuşanın İslam Dünyası Mədəniyyət Paytaxtı tədbirləri çərçivəsində ICESCO-nun Azərbaycanda regional ofisinin açılması da nəzərdə tutulur.