Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru İstanbulda yaşayan incəsənət xadimlərimizlə görüşüb

Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İstanbulda yaşayan incəsənət xadimləri və mədəniyyət sahəsində çalışan mütəxəssislərimizlə görüşüb.

 

AzərTAC xəbər verir ki, görüş Azərbaycanın İstanbuldakı Baş konsulluğunda keçirilib.

Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova, Xalq artisti Əlixan Səmədov, Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kamalə Kamal Cabbarova və digər mədəniyyət xadimlərimizin qatıldığı görüşdə milli mədəniyyətimizin qardaş ölkədə daha dərindən tanıdılması və təbliği ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə atılacaq addımlar nəzərdən keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.