“A-Hub Akselerasiya Proqramı”nın 2023-cü il dünya finalının qalibləri mükafatlandırılıb Featured

 

Xəbər verdiyimiz kimi, “Rəqəmsal yaradıcı həftəsonu” (Digital Creative Weekend) layihəsi çərçivəsində iyunun 2-də Mədəniyyət Nazirliyinin dəstəyi, ICESCO və “New Space Open Innovation”un əməkdaşlığı ilə Bakı Kristal Zalında (“Baku Crystal Hall”) “A-Hub Akselerasiya Proqramı”nın 2023-cü il üzrə dünya finalı təşkil edilmişdi.

 

İyunun 3-də Şuşa Hotel-Konqres Mərkəzində proqramın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə iatinadən xəbər verir ki, dünya finalında 11 ölkədən (Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudan) 30-dan çox innovativ komanda iştirak edib. Bu innovatorlar öz ideyalarını nümayiş etdirərək 30 min ABŞ dolları pul mükafatı uğrunda yarışıblar.

 

Yekun nəticələrə əsasən, "Snack Pack" (Azərbaycan) komandası I, "ReSkill"(Tacikistan) komandası II, "Biopols" (Türkiyə) komandası III, "Caredify" (Tunis) komandası isə IV yeri qazanıb. Qaliblər müvafiq olaraq 10, 8, 6, 6 min ABŞ dolları pul mükafatına layiq görülüblər.

 

Sonda ailə fotosu çəkdirilib.

 

Xatırladaq ki, "A-Hub Akselerator"u, ICESCO və "New Space Open Innovation"un əməkdaşlığı ilə həyata keçirilən, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış bir təşəbbüsdür. Akselerator proqramı yaradıcı və texnoloji startapları dəstəkləyərək, onların ideyalarını reallaşdırmaq üçün lazım olan resursları və mentorluğu təmin edir. 2021-ci ildə pilot layihə kimi başlayan proqram hazırda 20 ölkədə fəaliyyət göstərir və daha da genişlənməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.