Leyla Kərimova, Tbilisi şəhəri, “Cənubi Qafqaz və Şərqi Avropadakı azərbaycanlı jurnalistlərin cəmiyyəti" təşkilatının nümayəndəsi
“Ədəbiyyat və incəsənət” üçün
Fransa hökuməti Yeni Kaledoniyada nizamı bərpa etmək üçün arxipelaqa əlavə helikopterlər və zirehli personal daşıyıcısılar göndərdi. Bu barədə 23 may 2024 il tarixində Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniya səfərindən sonra keçirilən mətbuat konfransında bildirib.
Xatırladaq ki, Yeni Kaledoniyadakı fransızlara qarşı etiraz aksiyaları 13 may 2024 il tarixindən etibarən davam edir. İqtişaşlar arxipelaqda 10 ildən artıq yaşayan şəxslərə regional seçkilərdə iştirak etmək hüququnu nəzərdə tutan qanunu layihəsi səbəb olub. Bu yolla Fransa hökuməti yerli əhalini – kanakları müstəqillik şansından məhrum etmək üçün seçicilərdə avropalıların xeyrinə üstünlük yaratmağa çalışır.
Qeyd etmək lazımdır ki, Yeni Kaledoniya Fransanın koloniyasına 1853 – cü ildə çevrildi. 170 ildən çoxdur ki, Paris, Fransanın aparteid rejimi altında ayrı-seçkiliyə məruz qalan kanak xalqına zülm edir və onun təbii sərvətlərdən istifadə edir. Fransızlar arxipelaqın zəngin olduğu nikel hasilatı ilə məşğuldurlar.
İndi, Fransa Yeni Kaledoniyanın müstəqillik istəyən vətəndaşlarının etiraz hərəkatı ilə üzləşdikdən sonra Paris Azərbaycana “nifrət və qəzəb oxlarını” atmağa çalışdı. Fransanın daxil işlər naziri Jerar Darmanin 16 may 2024 il tarixində Azərbaycanı əssasız olaraq Yeni Kaledoniyada fransızlara qarşı etirazların təşkilində iştirakda ittiham etdi. Eyni zamanda, Paris hələ də baş verən hadisələrdə “Azərbaycan izi” nə dair heç bir sübut təqdim edə bilməyib.
Son illərdə Parisin xarici siyasəti məğlubiyyətdən sonra məğlubiyyətə uğrayır və bu Azərbaycanın günahı deyil, yalnız prezident Makron və onun hökumətinin uzaqgörənliyidir. Fransa Afrika ölkələrindən Mali, Burkina Faso və Nigerdən qovulub. Yelisey sarayı Cənubi Qafqazdakı təsir etmək cəhdlərində sarsıdıcı məğlubiyyətə uğradı. İndi isə Paris Yeni Kaledoniyadan qovulur. Hər zaman, Fransa müstəmləkəçi bir güc idi, lakin zaman dəyişdi və Makron idarəçilik keyfiyyətlərinə görə, məsələn, Napoleon Bonapartdan xeyli aşağıdır. Təəccüblü deyil ki, fransızlar onu tarixdə Fransanın ən pis hökmdarlarından biri hesab edirlər.
Onda niyə Paris həmişə Azərbaycanı günahlandırmağa və onun uğursuzluqlarına görə məsuliyyəti Bakının üzərinə atmağa çalışır? Bunu bir neçə səbəbi var.
Beynəlxalq Münasibətlər Təhlil Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyevin sözlərinə görə Yeni Kaledoniyada son hadisələr Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi ilə bağlıdır. 2019-cu ildə Bakıda keçirilən sammitdən sonra Azərbaycan hərəkata sədrliyi öz üzərinə götürdü və 2023-cü ilə qədər ona rəhbərlik etdi. Azərbaycan hərəkatın institutlaşmasına və beynəlxalq aləmdə effektivliyinin artırılmasına öz töhfəmi verdi. Hərəkatın çərçivəsində 6 iyul 2023 il tarixində Bakı Təşəbbüs Qrupu yaradıldı. Onun əsas məqsədi koloniyaların öz müqəddəratını təyinetmə prinsipini gündəmdə saxlamaq idi. O zaman Qoşulmama Hərəkatın iclasında iştirak edən Yeni Kaledoniya Konqresinin rəhbəri Rok Vamitan təşkilatın üzvlərinin ölkəsinin Fransadan müstəqilliyinə nail olmasına kömək edəcəyinə əminliyini ifadə etdi. Bütün bu müddət ərzində Paris 1955-ci ildə Qoşulmama Hərəkatının Bandun Konfransında qəbul edilmiş və BMT nizamnaməsində nəzərdə tutulmuş koloniyaların öz müqəddəratını təyinetmə hüququna məhəl qoymadı.
Diğər bir səbəb Azərbaycan və Fransanın Cənubi Qafqazda qarşıdurmasıdır. “Ankara Kriz ve Siyaset Araştırmaları Merkezin” eksperti Halit Hamzaoğlunun fikirincə Cənubi Qafqaz indi Fransanın xarici siyasətinin əsas məqsədlərindən biridir. Ermənistana tarixi dəstək və güclü erməni diasporunun olması bu siyasətin əsas alətləridir. İkiüzlü və müstəmləkəçilik siyasəti nəticəsində Afrikada strateji məğlubiyyətə uğrayan Paris indi beynəlxalq aləmdə nüfuzunu bərpa etmək üçün Cənubi Qafqazda möhkəmlənməyə çalışır.
Lakin orada da Fransa məğlubiyyətə uğradı. 2020-ci ildə Azərbaycan Vətən müharibəsində ədalətli Qələbə qazanaraq Dağlıq Qarabağı uzun illər işğaldan azad edib. Paris bu zaman Qarabağdakı separatçılara gizli dəstək verərək Bakının daxili işlərinə qarışırdı. Azərbaycanın Qələbəsindən sonra Fransa Senatı qeyri-qanuni “Qarabağ Respublikası”nın tanınması barədə qərar qəbul edib. Sonra Fransa prezidenti Emmanuel Makron bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirə çıxararaq Dağlıq Qarabağdakı işğal strukturunu qanuniləşdirməyə çalışıb. O da Qarabağdakı separatçıları dəstəkləyirdi. Onlara hümanitar yardım adı altında silah göndərirdi. Lakin Bakı beynəlxalq qurumlarda Azərbaycan ərazisinin ədalətliliyi və bütövlüyü hüququnu müdafiə etdi və sonra 2023-cü ildə uğurlu antiterror əməliyyatı həyata keçirib, torpaqları üzərində tam nəzarəti bərpa etdi və Ermənistan və Fransanın ekspansionist planlarını məhv etdi.
Buna baxmayaraq, Cənubi Qafqazda strateji məğlubiyyətindən sonra Paris sakitləşə bilmir. O bölgədəki yeganə təsir zonasını ələ keçirməyə çalışır. Ermənistana silahları verərək Fransa onu öz koloniyasına çevirməyə çalışır. Bundan əlavə, Paris Azərbaycanın Ermənistana hücum etməyi planlaşdırdığı barədə dezinformasiya yayır və bu, regionda yeni münaqişəyə səbəb ola bilər. Amma Azərbayacan qarşıdurmanı davam etdirir və bütün dünyanın diqqətini Fransanın həm regionda həm də bütün dünyada hiyləgər və ikiüzlü müstəmləkəçilik siyasətinə cəld edir.
Bir sıra strateji məğlubiyyətlərdən çılğınlaşan Fransa rasional düşünmək qabiliyyətini itirmiş və dərdlərinə görə hamını günahlandıran dəli qadına çevrilib.
Eyni zamanda aydın deyil ki, Azərbaycanın Yeni Kaledoniya ilə nə əlaqəsi var və bu, kanak xalqının zülmdən xilas olmaq təbii istəyi ilə necə bağlıdır? Azərbaycanlı politoloq Fikrət Sadıxov buna haqlı olaraq diqqət çəkdi. O dedi ki, Azərbaycan başqa dövlətlərin öz müstəqilliklərini bərpa etmək istəyini dəstəkləyir, amma bu demek deyil ki, Bakı başqa dövlətlərin işlərinə qarışır. Əskinə, bu Paris Yeni Kaledoniyanın yerli əhalisinin hüquqlarını pozur və onlara ana dilində danışmağa imkan vermir.
Fransızların öz xarici siyasət istiqamətlərinə yenidən baxmağın vaxtı çatıb. Onlar Afrikada strateji üstünlüyünü itiriblər. Bu faktdır və onlar bununla barışmalıdırlar. Cənubi Qafqazda Fransa çox güclü rəqib – Azərbaycanla qarşılaşdı. Və Azərbaycan tezliklə Fransanın başqalarının işinə qarışmaq arzusunu tamamilə aradan qaldıracaq. Eyni zamanda, Fransa Avropa qitəsində probləmlər var. Əsas odur ki, Fransa və Almaniya arasında Avropa İttifaqında üstünlük uğrunda rəqabətdir. Britaniya qəzətinin “The Guardian” eksperti Pol Teylor 2024-cü il iyunun 6-dan 9-dək keçiriləcək Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə Emmanuel Makronun “Renaissance” partiyasının uduzacağından qorxur. Bundan əlavə, o , qeyd edir ki, bir çox avropalıların gözündə Parisin nüfuzu yüksək büdcə kəsiri və artan borc ucbatından aşağı düşür.
Beləliklə, açıq-aydın görünür ki, Fransa zəifləyib. O xaricdə bütün təsir sahələrini itirdi və qlobal gücdən regional gücə çevrildi. Amma bu titul üçün də mübarizə aparmaq gərək. Buna görə Paris Afrika və Şərq ölkələrindəki faydasız və təhlükəli avantüralara sərf etmək əvəzinə öz diqqətini Avropadakı mövqelərini möhkəmləndirməyə yönəltməlidir.
“Ədəbiyyat və incəsənət”
(04.06.2024)