Mədəniyyət Nazirliyində yeni təyinat Featured

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.

 

“Ədəbiyyat və incəsənət” Bakupost.az -a istinadən xəbər verir ki, o, bundan sonra fəaliyyətini Mədəniyyət Nazirliyində davam etdirəcək.

Belə ki, M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Bununla bağlı nazir Adil Kərimlinin Əmr imzaladığı bildirilir.

ƏƏSMN-dən “Report”a verilən məlumatda M.Abbasbəylinin vəzifəsindən azad edilməsi təsdiqlənib.

Qeyd edilib ki, M.Abbasbəylinin işdən azad olunmasının səbəbi başqa işə keçməsidir.

Qeyd edək ki, M. Abbasbəyli 2 iyul 2020-ci ildən etibarən Agentliyin İdarə Heyətinin sədri idi.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.