Mədəniyyət naziri Adil Kərimli iyunun 14-də saat 10:00-da Samux şəhər Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 165) Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar iyunun 10-dək Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı ilə qeydiyyatdan keçə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin (022) 266-29-48, daxili 110 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq da mümkündür.
“Ədəbiyyat və incəsənət”
(29.05.2024)