Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı - başlayır Featured

Bu gün Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə III Türk Dünyası Ədəbiyyat və Kitab festivalı başlayır. 

Festival 24-31 may tarixində Elmlər Akademiyasının parkında təşkil ediləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu dəfə 8 gün keçiriləcək festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Layihə rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza festivalın zəngin proqramı haqqında danışıb: “Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, konsret proqramları ilə yanaşı görkəmli ədbilərin yubileyləri də qeyd ediləcək.”

Bununla yanaşı festivalda müxtəlif nəşriyyatların yeni nəşrləri və əl işləri təqdim ediləcək.

Xəyal Rza bildirib ki, festivalın təntənəli açılış mərasimi bu gün saat 11-də baş tutacaq və hər kəs dəvətlidir.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group, Mədəniyyət kanalı və Bizim Medianın təşkilati dəstəyi ilə həyata keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.