Salman Mümtazın 140 illiyi münasibətilə Milli Məclisinin Mədəniyyət Komitəsi paylaşım edib

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi görkəmli ədəbiyyatşünas, repressiya qurbanı Salman Mümtazın 140 illiyi münasibətilə paylaşım edib. Paylaşım mətnini diqqətinizə çatdırırıq. 

 

Bu gün şair, ədəbiyyatşünas, mətnşünas, biblioqraf, orta yüzilliklər əlyazmalarının kolleksiyaçısı, repressiya qurbanı Salman Mümtazın anadan olmasının 140-cı ildönümüdür (Salman Məmmədəmin oğlu Əsgərov‎; 20.05.1884, Nuxa (Şəki), Azərbaycan – 06.09.1941, Oryol, RF).

 

Salman Mümtaz 1910-cu ildən "MollaNəsrəddin" və b. dərgilərdə şeirləri, felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış edib. 

O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, urdu və b. dilləri də bilib. 

Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və b. Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlayıb. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının örnəklərini iki cilddə nəşr etdirirən də SalmanMümtaz olub. 

O, həmçinin Xətai, Füzuli və b. elmi-tənqidi mətnlərini tərtib edib.

Stalin repressiyasının qurbanı olan Salman Mümtaz, 1937-ci ilin oktyabrında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən -  1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib. 

Totalitar rejim mənsubları onun topladığı 270 əlyazmanı məhv edib. 

Keçmiş SSRİ Ali Məhkəməsi Salman Mümtaza 17.11.1956-cı ildə (ölümündən sonra) bəraət verib.

Sayğılarla anırıq.

Ruhu şad olsun!

 

Azərbaycan Respublikası

Milli Məclisinin Mədəniyyət Komitəsi

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.