Bu gün “Ədəbiyyat və incəsənət”in 3 yaşı tamam olur - GƏNCLƏR YAZIR Featured

 

Kollektiv yazı

 

Bu gün bizim  “Ədəbiyyat və incəsənət” (edebiyyatveincesenet.az) portalının 3 yaşı tamam olur. 

 

Dövlət Reestrində olan ən böyük mədəniyyət portalı kimi bu 3 ildə addım-addım irəliləmişik. 

Ən böyük 3 uğurumuza gəlincə:

-2023-cü ilin yekunlarına görə türk dövlətlərinin ən yaxşı mədəniyyət mediası olaraq Şuşada TÜRKSOY tərəfindən ödüllə təltif olunmuşuq;

-Güney Azərbaycanda təmsilçilik yaratmış, yüzə yaxın güneyli soydaşımızın ədəbiyyat nümunələrini, o cümlədən yerli hakimiyyət tərəfindən qadağan olunmuş əsərlərini dərc etmişik;

-Və ən əsası, heç bir təmənna güdmədən bütün istedadlı müəlliflərin əsərlərini, bütün  diqqətəlayiq xəbərləri dərc etmişik. Nəticədə hazırda bir çox müəlliflərlə, ölkənin əksər qurumları ilə sıx əməkdaşlıq efirik. 

 

Və bu bayram günümüzdə buradan səslənirəm: bütün ədəbiyyat və incəsənət xadimləri - yazıçı və şairlər, rejissor və aktyorlar, müğənni və bəstəkarlar, rəssam və heykəltaraşlar, digərləri, öz yaradıcılıq nümunələrinizi, xəbərlərinizi bizə yollayın. 

Birlikdə mədəniyyətimiz barədə aləmə car çəkək! 

 

Bu poçt ünvanımız:

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bu vatsap nömrəmiz:

+994 51 304 75 25

 

İndi isə bizlərin - gənc əməkdaşların ürək sözləri:

 

İnsanları müxtəlif qruplara təsnif edənlər çoxdur. Mən insanları yaradanlar və dinləyənlər olaraq iki qrupa ayırıram. 

Bilirik ki, hər birimiz zaman-zaman tələbə, zaman-zaman müəllimik bu həyatda. “Ədəbiyyat və incəsənət” portalı gələcəyin yaradicı müəllimlərini bugünün tələbələrini yetişdirir. Günü-gündən abadlaşan, uğurlara imza atan bir dövlətin tərkibində gənclərə əl uzadan, onların gələcək həyatlarına ulduz kimi parlayan hər bir şəxs üçün də uğur qaçınılmazdır. Bir insan bir uğur, bir müəllim minlərlə uğura bərabərdir. 

Dəyərli həmkarlarımı, qələm sahibi olma arzusunda olan bütün gənclərə əl tutan Varisi və portalımızı 3-cü ili münasibəti ilə təbrik edirəm. Neçə birlikdə illərə, neçə gözəl uğurlara birgə imza atmaq diləyi ilə. 

Əlavə olaraq da qatıldığım bu 1ildə mənə, yazılarıma verilən qiymət, fikirləriniz... Bir-birinə köstək yox, dəstək olan bir redaksiyada olmağım olduqca sevindiricidir. Hər birimizi təbrik edirəm.

Leyla Səfərova

 

“Ədəbiyyat və incəsənət” portalı  3 il ərzində bir çox istedadlı gənclərin, unudulmuş insanların cəmiyyətə tanıdılmasında mühüm rol oynamış, daima qayğısını heç kimdən əsirgəməmişdir. İnamlı addımlarla inkişaf etməkdə olan portal gələcəkdə daha da böyük uğurlara imza atacaqdır. Bütün əməkdaşlarımızı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram! 

Habil Yaşar

 

Zənnimcə cəmiyyətin mənəvi dəyərlərinin təməl sütunları məhz ədəbiyyat və incəsənət çərçivəsində dəyərləndirilməlidir. Özümü dərk etməyə başladığım yaşlardan bəri həm hisslərimi, həm də gördüklərimi yazmaq, insanların düşüncələrini öyrənmək,  eyni zamanda müəyyən fikir mübadiləsi aparmaq mənim üçün əhəmiyyətli idi. Ancaq düşünməzdim ki, bir gün yazdıqlarım  paylaşılar və hətta Azərbaycan ədəbiyyatının say seçmələrindən olan Varisin məşhur portalında fəaliyyət göstərməyə başlayaram. Bu bir ildə portala bir çox müxtəlif janr və üslublarda yazılar göndərdim, həm özümlə yaşıd, həm də, məndən böyük şəxslərlə qələm ortağı olub yazılarım üzərindən dəyərləndirmə almaq  şansını əldə etdim. Bu bir ildə, hər zaman mənə dəstək olan dəyərli yazıçı heyətimizi fəaliyyətlərinin davamlı olması diləyi ilə təbrik edirəm. Varis müəllimə isə biz gənc nəslə qələmini duyurmaqda dəstək olduğu üçün ayrıca minnətdaram. Və ümid edirəm ki, mən də bir gənc yazıçı olaraq portalımızın inkişafı əlimdən gələni edəcəyəm.

Kübra Quliyeva

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.