RİA Novosti agentliyinə istinadən portalımız məlumat verir ki, Çeçenistan prezidenti Ramzan Kadırovun böyük qızı - Çeçenistanın mədəniyyət naziri Ayşat Kadırovaya Çeçenistanın Əməkdar Mədəniyyət işçisi adı verilmişdir.
Ötən həftə isə Çeçenistanın ambudsmanı Nurdi Nuxadjiev Ayşat Kadırovaya “İnsan hüquqlarının fəal müdafiəçisi” medalını təqdim etmişdi.
Təbii ki, Ayşat prezidentin qızıdır deyə mədəniyyət naziri olub, bu fəxri adı, bu medalı da məhz bu səbəbdən qazanıb. Çeçenistan sivil dünyaya aid deyil. Burası postsovet reallığının hələ də qaldığı bir məmləkətdir. Postsovetlərin əksəriyyətində vəziyyət bu cürdür.