“2020-ci ildə böyük zəfər kimi tariximizə düşən Vətən müharibəsi xalqımıza həm də tarixi mədəniyyət abidələrimizə qovuşmaq imkanı verdi.”
Bu sözləri Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah" mövzusunda keçirilən konfransda mədəniyyət naziri Anar Kərimov deyib.
Şuşanın mədəniyyət paytaxtı elan edilməsinin dünyaya mesaj olduğunu vurğulayan nazir işğaldan azad olunmuş ərazilərdə planlaşdırılan böyük işlərin artıq başladığını, ilk növbədə, Şuşanın və digər ərazilərin düşmən tərəfindən dağıdılmış mədəniyyət abidələrinin bərpasının sürətlə aparıldığını bildirib.