“Qırmızı ləçəklər” təqdim olunacaq

Mina RƏŞİD, “Ədəbiyyat və incəsənət” üçün

 

Fevralın 23-də Azərbaycan Gənclər Fondunun və “Böyük qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Pedaqoji Universitetində yazıçı Varislə görüş keçiriləcək.

 

Görüşdə Xocalı faciəsindən və Xocalıdan bəhs edən “Qırmızı ləçəklər” romanından danışılacaq.

Qeyd edək ki, “Qırmızı ləçəklər” romanı adı tariximizə qızıl hərflərlə həkk edilmiş qəhrəman şəhidimiz Əlif Hacıyevlə belarus Qalina Mankonun Xocalı soyqırımı nəticəsində yarımçıq qalmış gerçək bir sevgi hekayətindən bəhs edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində işıq üzü görən bu roman xarici dillərə tərcümə olunaraq Xocalı barədə həqiqəti yaymaqdadır.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.