Ümumdünya Xəstələr Gününü necə qeyd etdik? Featured

Zəhra Allahverdiyeva , “Ədəbiyyat və İncəsənət".

 

 

11 fevral - Ümumdünya xəstələr günüdür. Bəlkə də çoxları bu günün varlığından xəbərsizdir. Bu gün, əslində, bütün dünya əhalisinə aid olsa da, elə adamlar var ki, onların sağlamlıq vəziyyəti çox yaxşıdır, hətta bir dəfə də olsun, sağlamlıq problemi ilə bağlı xəstəxanaya baş çəkməyiblər. Sağlamlığa malik olmaq dünyanın ən böyük hədiyyəsi və nemətidir. Sağlam insanların xəstə insanların ağrı-acısını da hiss etməsi insanlıq duyğusudur. Xəstəlik maddi imkanlara baxmır. Varlısı da, kasıbı da bu dərdə düçar ola bilir. Bələ bir sitat əlavə etmək istəyirəm:

 

“Bir kəs ki ağrı hiss edir - canlıdır. O kəs ki başqasının ağrısını hiss edr, o - insandır”. (Lev Tolstoy)

 

Bu təqvim gününün təyin olunmasının səbəbi dünyadaki xəstə insanları da yada salmaq və onlara göstərilər qayğının və hörmətin vacibliyini bir daha yada salmaqdır. Bu gün 1992-ci il mayın 13-də Roma Papası II İohann Pavelin təşəbbüsü ilə təsis edilib. 1991-ci ildə II İohann Pavelə Parkinson xəstəliyi diaqnozu qoyulub. Katoliklərin dini rəhbəri həmin diaqnoz qoyulandan sonra Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb. O, özünün bu barədəki xüsusi müraciətində bildirib ki, Ümumdünya Xəstələr Gününün hər il qeyd edilməsinin başlıca məqsədi xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəltməkdir.

Bəli dünən - fevralın 11-də biz növbəti dəfə Ümumdünya Xəstələr Gününü qeyd etdik. 

Gəlin özümüzə sual edək. Biz hər hansı  xəstənin ağrı və iztirablarını yüngülləşdirmək, ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəltmək yönündə nəsə bir şey etdikmi?

Etdikmi? 

???

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.